designed by DrKing77 © 2024

MOTION DESIGN
01 · Sərgi stendi dizaynı

Sərgi stendi dizaynı, veb dizayn və motion qrafika — Stendinizidizayn edirəm— sıfırdan

Konsept, 3D vizualizasiya və istehsalçıya hazır texniki çertyojlar. Mən yalnız dizayn edirəm — layihəni istədiyiniz istehsalçı ilə tikə bilərsiniz.

02 · Veb dizayn və inkişaf

Brendinizəlayiq veb sayt

WordPress, PHP və Laravel ilə müasir, sürətli və idarəsi asan korporativ saytlar, admin panellər və çoxdilli həllər.

03 · Motion qrafika

Brendinizhərəkətdədaha güclüdür

Hərəkətli qrafika: animasiyalı loqo, explainer video, reklam roliki və sosial media üçün motion dizayn.

04 · 3D vizualizasiya və qrafik dizayn

Hələ tikilməmişməkanı bu güngörün

3ds Max, V-Ray, Corona və Arnold ilə fotoreal render; loqo, poster və brendinq dizaynı.

01 / 04
Haqqımda

Stend dizayneri, veb və motion dizayner.

Mən Kamil Karimov (DrKing77). Əsas işim sərgi stendi dizaynıdır: konsept, 3D vizualizasiya, ölçülü texniki çertyojlar və material spesifikasiyası. Bundan əlavə korporativ veb saytlar hazırlayıram və brendlər üçün motion qrafika yaradıram.

Azərbaycan və Türkiyədə korporativ və dövlət müştəriləri ilə işləyirəm — Azərbaycan, türk, rus və ingilis dillərində.

Qeyd: Mən stendin yalnız dizaynını hazırlayıram — tikinti və montajla məşğul olmuram. İstəsəniz, etibarlı istehsal və montaj ustalarını tövsiyə edə bilərəm.
İstehsala hazır3D vizual, çertyoj, material siyahısı
Fotoreal render3ds Max · V-Ray · Corona · Arnold
Böyük layihələrDövlət, müdafiə, dəmir yolu stendləri
4 dilAZ · TR · RU · EN
Referanslar

Sektorlar

Korporativ və dövlət müştəriləri üçün böyükmiqyaslı stend dizaynı və brend layihələri.

Dövlət qurumlarıMüdafiə sənayesiDəmir yolu və nəqliyyatAzad iqtisadi zonalarTikinti və sənayeTurizmTexnologiyaKorporativ brendlər
Stend dizaynı

İş prosesi

Sifariş necə verilir? →

Brif və ölçülər

Sərgi, sahə ölçüləri, büdcə və brend tələbləri müəyyənləşdirilir.

Konsept

Eskiz və ilkin 3D variantlar hazırlanır, istiqamət birlikdə seçilir.

3D vizual və çertyoj

Fotoreal render, ölçülü texniki çertyojlar və material spesifikasiyası.

Təhvil

İstehsalçıya hazır fayllar təhvil verilir. Tikinti və montaj istehsalçı tərəfindən aparılır.

Layihənizi birlikdə dizayn edək

Stend, veb sayt və ya motion layihəniz üçün sifariş formunu doldurun — ən qısa zamanda cavab verim.