
1995-ci ildən etibarən qrafik dizayn ilə başlayan peşəkar yolumuz, zamanla Motion VFX, 3D modelləmə və interyer vizuallaşdırma sahələrində dərinləşərək bu gün beynəlxalq miqyasda layihələr həyata keçirən bir dizayn praktikasına çevrilmişdir.
İlk gündən etibarən əsas prinsipimiz dəyişməz qalıb:
estetik yanaşma, texniki dəqiqlik və yüksək keyfiyyət standartlarında iş təhvili.
Türkiyə, Azərbaycan, Rusiya, Almaniya, İngiltərə və Dubay başda olmaqla bir çox fərqli ölkə üçün — fiziki olaraq həmin ölkələrdə olmadan da — uğurlu layihələr reallaşdırmışıq. Xüsusilə sərgi və fuar stend dizaynları, 3D exhibit & exhibition design, video reklamlar və korporativ qrafik dizayn sahələrində peşəkar həllər təqdim edirik.
Bu günə qədər
Kanal D, Akıllı TV, Has Matbaası, ANS TV, Balans Animasiya Studiyası və Parovoz Pictures kimi sektorun aparıcı şirkətləri ilə əməkdaşlıq etmişik. Bu layihələrin bir qismi məsafədən, böyük bir hissəsi isə birbaşa sahədə və uzunmüddətli komanda işləri çərçivəsində həyata keçirilmişdir.
Hazırda Smartexpo LLC şirkətində Senior 3D Exhibit Designer vəzifəsində fəaliyyətimi davam etdirərkən, illər ərzində topladığımız bu təcrübəni artıq öz markamız altında birləşdiririk.
Motiondesign olaraq;
hər layihəyə strateji baxış, yaradıcı vizyon və qüsursuz icra anlayışı ilə yanaşır, təhvil verdiyimiz hər işin arxasında qürurla dayanırıq.
Bizim üçün dizayn sadəcə vizual istehsal deyil,
markaların hekayəsini məkanda, ekranda və hərəkətdə izah etmə sənətidir.