Stend dizaynı, veb sayt və motion qrafika sifarişləri ilə bağlı ən çox soruşulan suallar. Cavabını tapmadığınız sual varsa, bizə yazın.
Stend dizaynı
Sərgi stendi
Stendi siz tikirsiniz?
Xeyr. Mən yalnız stendin dizaynını hazırlayıram: konsept, 3D vizualizasiya, ölçülü texniki çertyojlar və material spesifikasiyası. Tikinti, istehsal və montaj sizin seçdiyiniz istehsalçı tərəfindən aparılır. İstəsəniz, etibarlı istehsal və montaj ustalarını tövsiyə edə bilərəm.
Stend dizaynında nələr təhvil verilir?
Fotoreal 3D renderlər (müxtəlif bucaqlardan), ölçülü texniki çertyojlar, material siyahısı və stend üzərindəki qrafika üçün fayllar. Bu fayllarla istənilən istehsalçı stendi tikə bilər.
Dizayna başlamaq üçün nə lazımdır?
Sərginin adı və tarixləri, stend sahəsinin ölçüləri və açıq tərəfləri, loqo və brend materialları, nümayiş olunacaq məhsullar və təxmini büdcə. Ətraflı siyahı Sifariş necə verilir? səhifəsindədir.
İkimərtəbəli və böyük stendlər dizayn edirsiniz?
Bəli. Tək və ikimərtəbəli stendlər, pavilyonlar və böyükmiqyaslı layihələr — o cümlədən dövlət qurumları, müdafiə sənayesi və dəmir yolu sektoru üçün — dizayn edirəm.
Başqa ölkədəki sərgi üçün işləyirsiniz?
Bəli. Türkiyə, Azərbaycan, Rusiya, Almaniya, İngiltərə və Dubay kimi ölkələr üçün məsafədən layihələr həyata keçirmişəm.
Veb və motion
Veb sayt və motion qrafika
Veb saytları hansı texnologiya ilə hazırlayırsınız?
WordPress (Elementor Pro), PHP və Laravel. Layihəyə görə hazır sistem və ya sıfırdan xüsusi həll seçirik; admin panel və çoxdilli struktur da qurula bilər.
Motion qrafika xidmətinə nələr daxildir?
Loqo animasiyası, teaser, explainer video, reklam roliki və sosial media üçün hərəkətli qrafika.
Ümumi
Qiymət, müddət və reviziya
Qiymətlər necə müəyyənləşir?
Stend dizaynı, veb sayt və motion layihələrinin qiyməti işin həcminə görə fərdi hesablanır. Kiçik qrafik işlər üçün başlanğıc qiymətlər Xidmətlər səhifəsində göstərilib (məsələn, qrafik dizayn 30 AZN-dən, vizit kartı 20 AZN-dən).
Neçə reviziya haqqım var?
Hər sifarişdə 5 reviziya haqqı daxildir.
İş nə qədər vaxt aparır?
Kiçik qrafik işlər 3 saatdan 1 günə qədər, video montaj təxminən 2 gün çəkir. Stend dizaynı və veb saytlarda müddət layihənin həcminə görə razılaşdırılır.
Hansı dillərdə xidmət göstərirsiniz?
Azərbaycan, türk, rus və ingilis dillərində.
Sifarişi necə verə bilərəm?
Sifariş formunu doldurun və ya sosial şəbəkələrdən yazın. Sifarişi KWORK platforması üzərindən də verə bilərsiniz.
Başqa sualınız var?
Yazın — qısa zamanda cavab verim.