designed by DrKing77 © 2024

MOTION DESIGN

Sifariş necə verilir?

Sifariş vermək sadədir: qısa məlumat göndərirsiniz, qiymət və müddəti razılaşdırırıq, dizayn mərhələlərlə hazırlanır və hazır fayllar sizə təhvil verilir.

4 addım

Sifariş prosesi

Sifariş formunu doldurun

Əlaqə səhifəsindəki formada layihəni qısaca təsvir edin və varsa faylları (loqo, eskiz, plan) əlavə edin. Formaya əlavə olaraq sosial şəbəkələrdən və ya KWORK üzərindən də yaza bilərsiniz.

Brif və təklif

Məlumatlara baxıb lazım olan sualları verirəm, sonra qiymət və təhvil müddətini təklif edirəm.

Dizayn və reviziyalar

İlkin konsept / variantlar təqdim olunur, seçilən istiqamət üzrə iş davam edir. Hər sifarişdə 5 reviziya haqqı var.

Təhvil

Yekun fayllar təhvil verilir: stend üçün renderlər, çertyojlar və material siyahısı; veb sayt üçün işlək sayt; motion üçün video faylları.

Hazırlıq

Göndərməli olduğunuz məlumatlar

Nə qədər çox məlumat olsa, təklif bir o qədər dəqiq olur.

Sərgi stendi

  • Sərginin adı, şəhəri və tarixləri
  • Sahə ölçüləri və açıq tərəflər
  • Tək / ikimərtəbəli, tələb olunan zonalar
  • Loqo, brend rəngləri, şüar
  • Nümayiş olunacaq məhsullar, ekranlar
  • Təxmini büdcə və nümunə bəyəndiyiniz stendlər

Veb sayt

  • Saytın məqsədi və hədəf auditoriya
  • Səhifələr və bölmələr siyahısı
  • Dillər (AZ / TR / RU / EN)
  • Domen və hostinq vəziyyəti
  • Bəyəndiyiniz nümunə saytlar
  • Mətnlər, şəkillər, loqo

Motion qrafika

  • Video növü (loqo, teaser, reklam)
  • Müddət və format (16:9, 9:16…)
  • Ssenari və ya əsas mesaj
  • Loqo və brend materialları
  • Musiqi / səs istəkləri
  • Nümunə videolar
Qeyd: Stend sifarişlərində yalnız dizayn hazırlanır — tikinti və montaj istehsalçı tərəfindən aparılır.

Hazırsınız?

Formu doldurun — qısa zamanda geri dönüş edim.