1995-ci ildən qrafik dizaynla başlayan yolum zamanla motion VFX, 3D modelləmə və interyer vizuallaşdırmaya, bu gün isə əsasən sərgi stendi dizaynına çevrilib. Bununla yanaşı korporativ veb saytlar hazırlayıram və brendlər üçün motion qrafika yaradıram.

Stend dizayneri, veb və motion dizayner
Hazırda Smartexpo LLC şirkətində Senior 3D Exhibit Designer kimi çalışıram və illər ərzində topladığım təcrübəni öz brendim — Motion Design altında birləşdirirəm. Korporativ şirkətlər və dövlət qurumları üçün sərgi stendlərinin konseptini, 3D vizualizasiyasını, texniki çertyojlarını və material spesifikasiyasını hazırlayıram.
Türkiyə, Azərbaycan, Rusiya, Almaniya, İngiltərə və Dubay başda olmaqla bir çox ölkə üçün — fiziki olaraq orada olmadan da — uğurlu layihələr reallaşdırmışam.
Əsas istiqamətlər
Birlikdə işlədiyim şirkətlər
Layihələrin bir qismi məsafədən, böyük hissəsi isə birbaşa sahədə və uzunmüddətli komanda işi çərçivəsində həyata keçirilib.
Necə işləyirəm
Estetik yanaşma
Brendin hekayəsini məkanda, ekranda və hərəkətdə izah edən dizayn.
Texniki dəqiqlik
İstehsalçının birbaşa istifadə edə biləcəyi ölçülü, aydın fayllar.
Keyfiyyətli təhvil
Hər işin arxasında dayanıram — vaxtında və razılaşdırılmış standartda.
Növbəti layihəniz nədir?
Stend, veb sayt və ya motion — sifariş formunu doldurun, qısa zamanda cavab verim.