Sifariş vermək sadədir: qısa məlumat göndərirsiniz, qiymət və müddəti razılaşdırırıq, dizayn mərhələlərlə hazırlanır və hazır fayllar sizə təhvil verilir.
Sifariş prosesi
Sifariş formunu doldurun
Əlaqə səhifəsindəki formada layihəni qısaca təsvir edin və varsa faylları (loqo, eskiz, plan) əlavə edin. Formaya əlavə olaraq sosial şəbəkələrdən və ya KWORK üzərindən də yaza bilərsiniz.
Brif və təklif
Məlumatlara baxıb lazım olan sualları verirəm, sonra qiymət və təhvil müddətini təklif edirəm.
Dizayn və reviziyalar
İlkin konsept / variantlar təqdim olunur, seçilən istiqamət üzrə iş davam edir. Hər sifarişdə 5 reviziya haqqı var.
Təhvil
Yekun fayllar təhvil verilir: stend üçün renderlər, çertyojlar və material siyahısı; veb sayt üçün işlək sayt; motion üçün video faylları.
Göndərməli olduğunuz məlumatlar
Nə qədər çox məlumat olsa, təklif bir o qədər dəqiq olur.
Sərgi stendi
- Sərginin adı, şəhəri və tarixləri
- Sahə ölçüləri və açıq tərəflər
- Tək / ikimərtəbəli, tələb olunan zonalar
- Loqo, brend rəngləri, şüar
- Nümayiş olunacaq məhsullar, ekranlar
- Təxmini büdcə və nümunə bəyəndiyiniz stendlər
Veb sayt
- Saytın məqsədi və hədəf auditoriya
- Səhifələr və bölmələr siyahısı
- Dillər (AZ / TR / RU / EN)
- Domen və hostinq vəziyyəti
- Bəyəndiyiniz nümunə saytlar
- Mətnlər, şəkillər, loqo
Motion qrafika
- Video növü (loqo, teaser, reklam)
- Müddət və format (16:9, 9:16…)
- Ssenari və ya əsas mesaj
- Loqo və brend materialları
- Musiqi / səs istəkləri
- Nümunə videolar
Hazırsınız?
Formu doldurun — qısa zamanda geri dönüş edim.