Texnologiyalar
Enerji və IT infrastrukturu sahəsində fəaliyyət göstərən B2B şirkətin korporativ veb saytının yenilənməsi. Saytın mövcud strukturu və vizual üslubu qorunur, üzərinə müasir animasiyalar, hero slayderlər və yenilənmiş məhsul kataloqu əlavə olunur.
Saytın demo versiyasına baxmaq istəyirsinizsə, buradan daxil olun:
Layihə gündəliyi
Məhsul məlumatları gözlənilir
Məhsul kataloqunun doldurulması üçün müştəridən məhsul məlumatları gözlənilir.
Növbəti addımlar: məlumatlar daxil olduqdan sonra sayt tamamlanacaq və müştərinin təsdiqinə təqdim ediləcək. Təsdiqdən sonra sayt yayına veriləcək.
Demo versiya hazırlandı
Razılaşdırılmış istiqamət əsasında saytın demo versiyası quruldu (WordPress + Elementor Pro). Mövcud vizual üslub qorundu, animasiya və hero slayder strukturu əlavə edildi.
Hazırda demo üzərində iş davam edir.
Müqavilə imzalandı
Razılaşdırılmış iş həcmi əsasında müqavilə imzalandı və iş planı təsdiqləndi. Layihə rəsmən icra mərhələsinə keçdi.
Tələblərin müzakirəsi və şablon təqdimatı
Müştəri ilə layihənin məqsədləri və istəkləri müzakirə olundu. Məzmunun necə daxil ediləcəyini və nəyin necə işləyəcəyini göstərmək üçün uyğun şablonlar təqdim edildi.
Qərar: saytın mövcud strukturu və üslubu saxlanılır, üzərinə animasiyalar və hero slayderlər əlavə olunur.