Hazırda üzərində işlədiyim layihələri və onların gündəlik irəliləyişini burada izləyə bilərsiniz — dizayndan yayına qədər hər mərhələ açıq şəkildə.
Aktiv layihələr
Hazırda üzərində işlədiyim layihələr
Gündəlik
Son qeydlər
Məhsul məlumatları gözlənilir
Məhsul kataloqunun doldurulması üçün müştəridən məhsul məlumatları gözlənilir.
Növbəti addımlar: məlumatlar daxil olduqdan sonra sayt tamamlanacaq və müştərinin təsdiqinə təqdim ediləcək. Təsdiqdən sonra sayt yayına veriləcək.
Demo versiya hazırlandı
Razılaşdırılmış istiqamət əsasında saytın demo versiyası quruldu (WordPress + Elementor Pro). Mövcud vizual üslub qorundu, animasiya və hero slayder strukturu əlavə edildi.
Hazırda demo üzərində iş davam edir.
Müqavilə imzalandı
Razılaşdırılmış iş həcmi əsasında müqavilə imzalandı və iş planı təsdiqləndi. Layihə rəsmən icra mərhələsinə keçdi.
Tələblərin müzakirəsi və şablon təqdimatı
Müştəri ilə layihənin məqsədləri və istəkləri müzakirə olundu. Məzmunun necə daxil ediləcəyini və nəyin necə işləyəcəyini göstərmək üçün uyğun şablonlar təqdim edildi.
Qərar: saytın mövcud strukturu və üslubu saxlanılır, üzərinə animasiyalar və hero slayderlər əlavə olunur.