Animasiyalı reklam çarxı bir neçə ardıcıl mərhələdən keçir. Prosesi bilmək həm vaxtı düzgün planlaşdırmağa, həm də düzəlişləri vaxtında etməyə kömək edir.
1. Brif
Çarxın məqsədi, auditoriyası, müddəti, yayım kanalı (TV, Instagram, YouTube) və əsas mesajı müəyyənləşdirilir.

2. Ssenari
Çarxda nə deyiləcəyi və nə göstəriləcəyi mətn şəklində yazılır. Diktor mətni varsa, onun müddəti çarxın uzunluğunu müəyyən edir.
3. Storyboard
Ssenari kadr-kadr eskizlərə çevrilir. Bu mərhələdə kompozisiya və ardıcıllıq təsdiqlənir. Dəyişiklik etmək üçün ən ucuz an məhz buradır.
4. Stil kadrları
Bir neçə əsas kadr son vizual üslubda hazırlanır: rənglər, şriftlər, illüstrasiya və ya 3D üslub.
5. Animasiya
Təsdiqlənmiş kadrlar hərəkətə gətirilir. Keçidlər, ritm və hərəkətin xarakteri bu mərhələdə formalaşır.

6. Səs və musiqi
Diktor səsi, fon musiqisi və səs effektləri əlavə olunur. Yaxşı səs animasiyanın təsirini iki qat artırır.
7. Təhvil
Çarx hər kanal üçün lazımi formatda hazırlanır: üfüqi (16:9), şaquli (9:16), kvadrat (1:1).
Məsləhət
Ən çox vaxt itkisi animasiya bitdikdən sonra ssenarinin dəyişdirilməsindən yaranır. Ssenari və storyboard mərhələsində bütün maraqlı tərəflərin razılığını almaq layihəni sürətləndirir.
Layihəniz üçün dizayn lazımdır? Motion dizayn və 3D modelləmə işlərimizə baxın və ya bizimlə əlaqə saxlayın.
