Sayt hazırlamağa başlayanda ilk texniki qərarlardan biri platformanın seçimidir. Ən geniş yayılmış iki yol WordPress və fərdi PHP həllidir.
WordPress
WordPress dünyada ən çox istifadə olunan idarəetmə sistemidir.
- Üstünlükləri: sürətli hazırlanma, rahat admin panel, minlərlə plagin, məzmunu sifarişçinin özü asanlıqla dəyişə bilir.
- Diqqət ediləcəklər: plagin və mövzular mütəmadi yenilənməli, təhlükəsizlik ayarları edilməlidir, lazımsız plaginlər saytı yavaşladır.

Fərdi PHP sayt
Sayt konkret ehtiyac üçün sıfırdan proqramlaşdırılır.
- Üstünlükləri: yalnız lazım olan funksiyalar, yüksək sürət, xüsusi biznes məntiqi, standart sistemlərə xas zəifliklərin olmaması.
- Diqqət ediləcəklər: hazırlanma müddəti və xərci daha çoxdur, dəyişikliklər üçün proqramçıya ehtiyac yarana bilər.

Hansını seçməli?
- Korporativ sayt, portfolio, bloq, kiçik və orta onlayn mağaza — WordPress çox vaxt kifayət edir.
- Dövlət qurumu portalı, xüsusi hesablama sistemi, mürəkkəb daxili proseslər — fərdi həll daha məqsədəuyğundur.
Nəticə
Doğru seçim texnologiyadan deyil, layihənin tələblərindən başlayır. Əvvəlcə saytın nə edəcəyini müəyyənləşdirin, platforma bu cavaba görə seçilsin.
Sayt hazırlatmaq istəyirsiniz? Web dizayn xidmətimiz və hazırladığımız saytlar ilə tanış olun və ya bizə yazın.
