MOTION DESIGN

Web Dizayn və Sayt Hazırlanması Xidməti

Web dizayn və sayt hazırlanması xidməti ilə Azərbaycan, Türkiyə və Rusiyadakı şirkətlər üçün sürətli, mobil uyğun və SEO yönümlü korporativ saytlar hazırlayıram. Məqsədim yalnız gözəl görünən sayt deyil — Google-da tapılan, müştəri gətirən və idarəsi asan olan sayt qurmaqdır.

Fərdi dizaynMobil uyğunSEO yönümlüÇoxdilli
Web dizayn nümunəsi — Olimp Mebel korporativ saytı
Mobil uyğun sayt hazırlanması — Hamd Group

Korporativ web dizayn: nə təklif edirəm?

  • Brendinizə uyğun, şablondan fərqlənən fərdi web dizayn
  • Bütün cihazlarda düzgün işləyən mobil uyğun struktur
  • Texniki SEO: meta məlumatlar, sayt xəritəsi, sürət optimallaşdırması, Google Search Console qurulması
  • Çoxdilli struktur: Azərbaycan, rus, ingilis və türk dillərində
  • Proqramçıya ehtiyac olmadan məzmunu yeniləyə biləcəyiniz rahat admin panel
  • Məhsul kataloqu, əlaqə formaları və WhatsApp inteqrasiyası

Sayt necə hazırlanır?

01

Analiz və struktur

Biznesinizi, rəqiblərinizi və müştərilərinizin Google-da axtardığı açar sözləri araşdırıb saytın strukturunu planlayıram.

02

Web dizayn

Korporativ üslubunuza uyğun fərdi interfeys hazırlayır və təsdiqinizə təqdim edirəm.

03

Hazırlanma

Sayt WordPress və Elementor Pro və ya ehtiyacdan asılı olaraq fərdi PHP proqram təminatı ilə hazırlanır, sürət və təhlükəsizlik tənzimləmələri edilir.

04

SEO və yayım

Meta məlumatlar, sxem nişanlanması və şəkil optimallaşdırması tamamlanır, sayt Google-a təqdim olunur.

05

Təhvil və dəstək

Giriş məlumatları və qısa təlimlə saytı təhvil verir, sonra texniki dəstək göstərirəm.

Hazırladığım saytlar

Sərgi stendi, mebel, sənaye istehsalı, reklam agentliyi və dövlət sektoru üçün hazırladığım saytlardan bəziləri: smartexpo.ru, olimpmebel.az, bestteknik.az, projeteknik.com, hamdgroup.az və xankendi-phs.gov.az. Bütün layihələrə ekran görüntüləri ilə veb dizayn portfoliomda baxa bilərsiniz.

Tez-tez verilən suallar

Sayt hazırlamaq nə qədər vaxt aparır?

Müddət səhifə və dil sayından asılıdır; işə başlamazdan əvvəl dəqiq qrafik təqdim edirəm.

Web dizayn qiyməti nədən asılıdır?

Səhifə sayı, dillər, kataloq və ya xüsusi modul ehtiyacı və məzmunun hazırlanması qiyməti müəyyən edir. Ehtiyacınızı yazın, sizə fərdi qiymət təklifi hazırlayım.

Saytı özüm yeniləyə bilərəmmi?

Bəli. Admin panel vasitəsilə mətn, şəkil və məhsulları özünüz dəyişə bilərsiniz.

Saytınız üçün qiymət təklifi alın

Yeni korporativ sayt və ya mövcud saytınızın yenilənməsi üçün əlaqə səhifəsindən mənə yazın.