Motion qrafika xidməti ilə brendinizi hərəkətə gətirirəm: televiziya üçün teaser və veriliş qrafikası, reklam çarxları, loqo animasiyası, izahedici (explainer) videolar və sosial media üçün qısa animasiyalar. ATV, ANS TV, Space TV və İnterAz TV kimi telekanallar, eləcə də bank və texnologiya şirkətləri üçün işlər hazırlamışam.
Motion qrafika: nə təklif edirəm?
- Loqo animasiyası — videoların girişi və sonu üçün brend imzası
- Televiziya üçün teaser, anons və veriliş qrafikası (titrlər, keçidlər, başlıqlar)
- Reklam çarxları — TV, YouTube və sosial media formatlarında
- İzahedici (explainer) videolar — məhsul və xidmətinizi 30–90 saniyədə izah edən animasiya
- Instagram, TikTok və Facebook üçün qısa animasiyalar: şaquli 9:16, kvadrat 1:1 və 4:5
- Sərgi stendi ekranları və LED divarlar üçün video kontent
- 3D animasiya — məhsul, personaj və məkan vizualizasiyası
Animasiya necə hazırlanır?
Brif və ssenari
Məqsəd, auditoriya, müddət və yayım kanalı müəyyənləşdirilir; ssenari və diktor mətni hazırlanır.
Storyboard
Ssenari kadr-kadr eskizlərə çevrilir və ardıcıllıq təsdiqlənir.
Stil kadrları
Rənglər, şriftlər və vizual üslub bir neçə əsas kadr üzərində təsdiqlənir.
Animasiya
Təsdiqlənmiş kadrlar hərəkətə gətirilir; ritm və keçidlər formalaşır.
Səs və təhvil
Musiqi, səs effektləri və diktor əlavə olunur; video lazımi formatlarda təhvil verilir.
Seçilmiş işlər
Bütün işlərimə Motion portfolio səhifəsində baxa bilərsiniz.






Tez-tez verilən suallar
Bir animasiya nə qədər vaxta hazırlanır?
Müddət videonun uzunluğundan, üslubundan (2D və ya 3D) və ssenarinin hazır olub-olmamasından asılıdır. Brifdən sonra mərhələlər üzrə dəqiq qrafik təqdim edirəm.
Ssenari və diktor səsi də daxildirmi?
Bəli, ehtiyac olarsa ssenarinin yazılmasında kömək edirəm, diktor səsi və musiqi seçimini də layihəyə daxil etmək mümkündür.
Video hansı formatlarda təhvil verilir?
Yayım kanalına görə: TV üçün yayım formatı, YouTube üçün 16:9, Instagram və TikTok üçün 9:16, 1:1 və 4:5. Loqo animasiyası şəffaf fonlu versiyada da verilə bilər.
Qiymət nədən asılıdır?
Videonun uzunluğu, 2D/3D üslubu, personaj və ya illüstrasiya ehtiyacı və səs işləri qiyməti müəyyən edir. Hər layihədə 5 reviziya haqqı daxildir.
Animasiya layihəniz üçün qiymət təklifi alın
Videonun məqsədini, təxmini müddətini və yayım kanalını yazın — sizə fərdi təklif hazırlayım.
