MOTION DESIGN

Sərgi Stendi Dizaynı Xidməti

Sərgi stendi dizaynı xidməti ilə yerli və beynəlxalq sərgilərdə iştirak edən şirkətlər üçün diqqət çəkən, funksional və istehsala hazır stend layihələri hazırlayıram. Tək və ikimərtəbəli stendlər, milli pavilyonlar və modul sistemlər — konsepsiyadan istehsalçıya təhvil veriləcək fayllara qədər.

Konsept və eskizFotoreal 3D renderÖlçülü çertyojlarMaterial siyahısıQrafika faylları
Gürcüstan Turizm Stendi — sərgi stendi dizaynı və 3D vizualizasiya
Gürcüstan Turizm Stendi — sərgi pavilyonunun 3D dizaynı

Sərgi stendi dizaynı: nə təklif edirəm?

  • Brendinizə və sərginin məqsədinə uyğun fərdi stend konsepsiyası
  • Tək və ikimərtəbəli stendlər, ada stendlər, milli və korporativ pavilyonlar
  • Fotoreal 3D vizualizasiya — stendi qurulmazdan əvvəl bir neçə bucaqdan görürsünüz
  • İstehsalçıya hazır texniki çertyojlar: plan, fasadlar, kəsiklər və detallar
  • Material və rəng siyahısı, elektrik və işıqlandırma planı
  • Çapa hazır qrafika faylları: fasad panelləri, loqolar, sponsor sahələri
  • Hər layihədə 5 reviziya haqqı

Vacib qeyd: mən yalnız dizayn hissəsini edirəm — stendin tikintisi və montajı xidmətə daxil deyil. Hazırladığım çertyojlarla istədiyiniz istehsalçıdan qiymət ala bilərsiniz. Lazım olsa, qrafika quraşdırılması üçün etibarlı ustalarla əlaqələndirə bilərəm.

Stend layihəsi necə hazırlanır?

01

Brif və analiz

Sərginin adı, stend sahəsi, açıq tərəflər, hündürlük qaydaları, məqsəd və büdcəni birlikdə müəyyənləşdiririk.

02

Konsepsiya

Brend mesajını məkana çevirən ideya, zonalaşdırma və ziyarətçi axını planlaşdırılır.

03

3D vizualizasiya

Stend fotoreal render şəklində təqdim olunur; rəng, material və işıq təsdiqlənir.

04

Texniki çertyojlar

Ölçülü planlar, fasadlar, detallar və material siyahısı istehsalçı üçün hazırlanır.

05

Təhvil

Bütün fayllar — render, çertyoj və çap qrafikası — istehsalçıya ötürülməyə hazır şəkildə təhvil verilir.

Layihələrdən nümunələr

Son illərdə hazırladığım stend layihələrindən bəziləri. Hər layihənin bütün renderlərinə Behance portfoliomda, digər 3D işlərə isə Stend və 3D portfolio səhifəsində baxa bilərsiniz.

Tez-tez verilən suallar

Stend dizaynı nə qədər vaxt aparır?

Müddət stendin ölçüsündən və mürəkkəbliyindən asılıdır. Brifi aldıqdan sonra konsepsiya, 3D və çertyoj mərhələləri üçün dəqiq qrafik təqdim edirəm. Sərgi tarixinə ən azı bir neçə həftə qalmış müraciət etmək tövsiyə olunur.

Stendin tikintisini də edirsinizmi?

Xeyr, yalnız dizayn edirəm. Bunun üstünlüyü odur ki, hazır çertyojlarla bir neçə istehsalçıdan qiymət alıb ən sərfəli variantı seçə bilərsiniz.

Hansı fayllar təhvil verilir?

Fotoreal renderlər, ölçülü texniki çertyojlar (PDF/DWG), material siyahısı və çapa hazır qrafika faylları.

Qiymət nədən asılıdır?

Stend sahəsi, mərtəbə sayı, konstruksiyanın mürəkkəbliyi və render sayı qiyməti müəyyən edir. Brifinizi göndərin, fərdi təklif hazırlayım.

Sərgi stendiniz üçün qiymət təklifi alın

Sərginin adını, stend ölçüsünü və tarixini yazın — sizə qısa müddətdə cavab verim.

Qiymət təklifi al →