Əsas xidmətlərim — sərgi stendi dizaynı, veb dizayn və motion qrafika. Bunlara əlavə olaraq 3D vizualizasiya, qrafik dizayn və video montaj da edirəm. Bütün işlərdə 5 reviziya haqqı daxildir.
Üç əsas istiqamət
Sərgi stendi dizaynı
Tək və ikimərtəbəli stendlər, pavilyonlar, modul sistemlər. Konseptdən istehsalçıya təhvil veriləcək fayllara qədər — yalnız dizayn, tikinti və montaj daxil deyil.
Veb dizayn və inkişaf
Korporativ və portfolio saytlar, daşınmaz əmlak saytları, admin panellər, çoxdilli strukturlar, sürət və təhlükəsizlik optimizasiyası.
Motion qrafika
Hərəkətli qrafika ilə brendinizi canlandırın: loqo animasiyası, teaser, explainer video, reklam roliki və sosial media üçün motion dizayn.
3D, qrafik dizayn və video
Başlanğıc qiymətlər və təhvil müddətləri — dəqiq qiymət işin həcminə görə razılaşdırılır.
3D modelləmə
Məhsul vizuallaşdırması, memarlıq layihələri və animasiya üçün realist 3D modellər.
İnteryer vizualizasiyası
Yaşayış və kommersiya sahələri üçün funksional və estetik daxili məkan dizaynı.
Personaj modelləmə
Maskot və cizgi film personajları — modelləmə, rigging və render.
Qrafik dizayn
Brendinizə dəyər qatan, çapa hazır peşəkar dizaynlar.
Loqo və korporativ kimlik
Loqo, rəng palitrası, şrift və korporativ üslub elementləri.
Vizit kartı dizaynı
Brendinizi təmsil edən, çapa hazır vizit kartları.
Broşür və flayer
Məhsul və xidmətlərinizi tanıdan çapa hazır broşür və el elanları.
Məhsul dizaynı
Xüsusi məhsul və qablaşdırma dizaynları, 3D vizual ilə.
Video montaj
Peşəkar montaj, effektlər və post-produksiya.
Hansı xidmət sizə lazımdır?
Qısa məlumat göndərin — qiymət və müddəti dəqiqləşdirək.